Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-02 09:12:00
UNEC-də Daxili İki Diplom proqramına sənəd qəbulu davam edir.

Universitetdə Daxili İki Diplom proqramına sənəd qəbulu davam edir.

 

AzEdu.az xəbər verir ki, proqrama UNEC-də əyani formada təhsil alan bakalavr tələbələri müraciət edə bilər.

 

UDİD Proqramı üzrə ixtisaslar:

➢ Maliyyə
➢ Mühasibat
➢ Beynəlxalq ticarət və logistika
➢ Biznesin idarə edilməsi
➢ Menecment
➢ Marketinq
➢ İqtisadiyyat
➢ Statistika
 

Tədris dili: azərbaycan, rus, ingilis, türk 

Sənəd qəbulu: 30 iyun-15 avqust

Müraciət şərti: tələbənin ayrı-ayrı fənlər üzrə göstəricilərinin 71-100 bal arasında olması;

ləb olunan sənədlər:

➢ UNEC rektorun adına yazılan ərizə; 
➢ Akademik transkript;
➢ Digər sənədlər (Xarici dil sertifikatları olarsa)
 

Ödəniş: Proqramda iştirak ödənişlidir.UDİD ixtisası üzrə bir kredit üçün nəzərdə tutulmuş təhsil haqqınaəsasən fənlərin kredit sayına uyğun olaraq müəyyənləşdirilir.

➢ 700 bal toplayaraq UNEC-ə qəbul olanlar 100%ödənişdən azad edilir;
➢ 600 və daha yüksək bal toplayaraq UNEC-ə qəbul olanlar 50% ödənişdən azad edilir.
 

Proqramın modeli:Tələbə UDİD ixtisası üzrə maksimum 11 ixtisas fənni və İstehsalat təcrübəsi/layihəni (maksimum 60 kredit) yerinə yetirir.

Təhsil müddəti: 4 il

Proqramı bitirən məzunun əldə etdiyi sənədlər: 

➢ Bakalavr diplomu
➢ Bakalavr diplomuna əlavə
➢ Akademik transkript