Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-31 11:09:00
AzTU-da növbəti onlayn “Açıq qapı” günü keçirilib-FOTO

Azərbaycan Texniki Universiteti (AzTU) və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə onlayn “Açıq qapı” günü keçirilib. Tədbirdə AzTU-nun rəhbərliyi ilə yanaşı, Hədəf Kurslarında təhsil alan abituriyentlər və onların valideynləri də iştirak edib.

 

AzEdu.az xəbər verir ki, AzTU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov texniki sahə üzrə ali təhsilin məqsəd və hədəfləri barədə təqdimatla çıxış edib. Görüş zamanı AzTU-nun ixtisasları və ötən il qeydə alınan keçid balları da abituriyentlərin diqqətinə çatdırılıb.

 

“Hədəf Kursları” MMC-nin icraçı direktoru Emin Sadiqov belə bir faydalı görüşün təşkilinə görə AzTU rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, l və II  ixtisas qrupları üzrə hazırlaşan abituriyentlər üçün “Açıq qapı” günlərinin təşkili, həmçinin mühəndislik ixtisasına marağı olan yuxarı sinif şagirdlərinin texniki biliklərinin artırılması ilə bağlı kursların keçirilməsi universitet-məktəb əməkdaşlığında əsas təbliğat istiqamətlərindən biridir.

 

Tədbirdə qeyd olunub ki, belə görüşlərin keçirilməsi mütəmadi olaraq davam etdiriləcək.