Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-29 16:01:00
Qəbul imtahanlarında lisey məzunu olan bu sayda namizəd 600-dən yuxarı bal toplayıb

2020-ci ildə Təhsil Nazirliyinin tabeliyində olan liseyləri, eləcə də özəl liseyləri 2143 şagird bitirib və onların 1983 nəfəri buraxılış imtahanında iştirak edib.

 

AzEdu.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, ümumilikdə 2132 nəfər attestat alıb. Attestat alanların 70.26 faizi (1498 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 32.88 faizi (701 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib.
Qəbul imtahanlarının nəticələrinə əsasən, liseylərin 1138 məzunu (imtahanlarda iştirak edənlərin 69.43 faizi) tələbə adını qazanıb. Onların 63.01 faizi (717 nəfəri) dövlət, 1.93 faizi (22 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 30.93 faizi (352 nəfəri) dövlət, 4.13 faizi (47 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.

 

Liseylərin məzunlarının 457 nəfəri 500-dən, o cümlədən 191 nəfəri 600-dən yuxarı bal toplayıb.


Abituriyentlərin çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub.