Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-29 15:46:00
V ixtisas qrupu üzrə müsabiqə şərtləri AÇIQLANDI

Abituriyentlərin qəbul imtahanının mərhələləri üzrə topladıqları ballar elan olunduqdan sonra ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar üzrə internet vasitəsilə ixtisas seçimi aparılır.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar (XTQİ) üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı, qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən XQTİ-lər üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı əsasında aparılır.

 

Xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər, ilk növbədə, həmin ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə müsabiqədə iştirak edirlər. Abituriyent yalnız bir xüsusi təyinatlı ali təhsil müəssisəsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. Müsabiqədən keçməyən abituriyentlərə həmin ixtisas qrupuna daxil olan digər ixtisaslar üzrə keçirilən müsabiqədə ümumi qaydada iştirak etmək imkanı verilir.

 

V ixtisas qrupu (ali təhsil müəssisələrinin XQTİ-ləri) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə yalnız qəbul imtahanlarının birinci mərhələsinin (cari ilin məzunları üçün buraxılış imtahanının) və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılacaq.

 

Xatırladaq ki, bir müddət əvvəl DİM ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2021-ci il üçün 1-ci və 2-ci nömrələrini nəşr edib. Burada XQTİ-lərin yığcam xarakteristikası, bu ixtisaslar üzrə müsabiqə şərtləri və kadr hazırlığının hansı ali təhsil müəssisələrində aparılması haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar və şəkillər öz əksini tapır.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri ilə DİM-in saytındakı link vasitəsilə tanış olmaq mümkündür.