Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-29 10:48:00
Bakı Ali Neft Məktəbinin altı məzunu Almaniya hökumətinin təqaüdünü qazanıb

Bakı Ali Neft Məktəbinin (BANM) 6 məzunu Almaniyanın DAAD təqaüd proqramının qalibi olub.

 

Yüksək rəqabət mühiti olan DAAD təqaüd proqramına 400-ə yaxın azərbaycanlı müraciət edib. Onların arasından təqaüdə layiq görülmüş 26 nəfərdən 6-sı məhz BANM məzunudur.

 

BANM-dən AzEdu.az -a bildiriblər ki, bu ali məktəbin məzunları mühəndislik üzrə müxtəlif ixtisasların magistratura proqramlarına qəbul olublar. Bu, ali məktəb üçün çox qürurverici haldır.