Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-26 13:32:00
Elektron kommersiya ixtisaslaşması üzrə qrant layihəsinin qalibi müəyyən olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH magistratura” layihəsi çərçivəsində elektron kommersiya ixtisaslaşması üzrə qrant layihəsinin qalibi müəyyən olunub. Layihə təkliflərinin qəbulu [email protected] e-mail ünvanı üzərindən aparılıb.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, müsabiqədə iddiaçı Fariz Əhmədovun təqdim etdiyi layihə qalib olub.

 

Layihə çərçivəsində tədris planının, sillabusların, dərs vəsaitlərinin, tədris, təcrübə və tədqiqat prosesi ilə bağlı qaydaların hazırlanması, elektron kommersiya laboratoriyasının yaradılması, eləcə də tədris prosesinə xarici müəllimlərin cəlb edilməsi nəzərdə tutulub. Tələbələrə tədqiqat qabiliyyətləri ilə yanaşı, əlavə bilik və bacarıqların qazandırılması üçün yerli və xarici ekspertlər tərəfindən təlim və seminarların təşkil olunması və xaricdə təcrübə keçməsinin təmin edilməsi də layihədə yer alıb.