Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-22 13:12:00
Elmar Qasımov:“Bu ilki məzun günümüzü Zəfər bayramına həsr etdik”-FOTO

 

“Möhtəşəm Məzun günümüz bitdi. 5-ci Məzun günümüz idi. Sevimli tələbələrimizi dünyanın 16 ölkəsinin 50 Universitetinə maqistratura və doktorantura pilləsinə təhsillərini davam etdirməyə yola saldıq. Diplomlarını təntənəli şəkildə təqdim etdik”.

 

AzEdu.az  xəbər  verir ki, bunu  Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov universitetdə  keçirilən  məzun  günü  ilə  bağlı  təəsüratlarını  bölüşərək  öz  feysbuk hesabında  qeyd  edib.

 

Rektor  bu  ilkin  məzun  gününün  Zəfər  bayramına  həsr  edildiyini  bildirərək  iştirak  edənlərə  öz təşəkkürünü  bildirib:

 

“Məzunlar  bir sıra şirkətlərdə işləməyə başlayacaqlar. Bəziləri  də  BANM –da fəaliyyət göstərəcəklər. Builki məzun günümüzü Zəfər bayramına həsr etdik. Dövlət Sərhəd Xidməti Ansamblını dəvət etmişdik. Çox möhtəşəm idi çıxışları. SOCAR-ın prezidenti Rövnəq Abdullayevə iştirakına və təbriklərinə görə minnətdaram.Qonaqlarımıza -millət vəkillərinə, SOCAR rəhbərliyinə ,KİV nümayəndələrinə minnətdaram”.

 

Rektor  son  olaraq  məzunlara  səslənərək onlara uğurlar arzu  edib:

 

“Əziz məzunlarımıza isə bildirmək istərdim ki, Sizin hər biriniz bizim üçün təsəvvür etməssiniz ki, nə qədər əzizsiniz, doğmasınız.

Siz , BANM ailəsinin üzvlərisiniz..

Böyük uğurlar sizi gözləyir.

Doğma ailənizi isə unutmayın.

Biz birik! Allah sizi qorusun.”