Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-13 12:15:00
Qəbul imtahanlarında fiziki məhdudiyyətli 42 abituriyent iştirak edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 14-də III ixtisas qrupu, iyulun 15-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanlarda 42 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Xatırladaq ki, iyulun 14-ü III ixtisas qrupu üzrə keçiriləcək imtahanda 21 min 35, iyulun 15-i II ixtisas qrupu üzrə keçiriləcək imtahanda isə 16 min 757 nəfər olmaqla, ümumilikdə 37 min 792 abituriyentin iştirakı nəzərdə tutulur.