Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-08 14:25:00
Ölkə rekorduna imza atan müəllimlər AzEdu.az-a danışdılar: “Əslində, çox az hazırlaşdıq” -MİQ  

 

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinə start verilib.

 

 

Müsabiqənin 7 iyulunda ibtidai sinif müəllimi olmaq istəyən şəxslər özlərini sınayıblar.

 

 

İmtahan prosesində 5 nəfər maksimum nəticə olan 60 balı toplayıb.

 

 

AzEdu.az ən  yüksək bal toplayan namizədlərlə ünsiyyətdə olub və onların təəssüratlarını öyrənib.

 

 

Şəms Səruhanova hazırlığa getmədən bu nəticəni əldə edib:

 

 

O, Binəqədi rayonu Biləcəri qəsəbəsi V.Əvəzov adın 300 saylı orta məktəbi bitirib. 2011-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alıb. Bakı Qızlar Universitetində " Pedaqagika tarixi və nəzəriyyəsi" ixtisasi uzrə magistr dərəcəsinə yiyələnib. 

 

 

“Əyani olaraq heç bir kursa getmədim. İmtahana 3 ay qalmış “online” olaraq hazırlaşdım. Çoxlu sayda testlər işlədim. 

 

 

Məqsədli idim və “bunu bacaracağam”  deyirdim. Hər zaman potensial qüvvəmə güvənirdim.

 

 

İmtahan sualları hər zamankı kimi çətinlik səviyyəsinə görə: asan, orta və çətin olaraq bölünmüşdü. Çox çalışan və savadlı müdavimlər üçün asan idi.

 

 

Gələcək məqsədim hər zaman işimi layiqincə və məsuliyyətli şəkildə yerinə yetirməkdir. Çünki ibtidai sinif müəllimləri gələcəyin həkim, mühəndis və.s peşə sahiblərinin biliklərinin bünövrəsini qoyur.

 

 

Hədəfim şagirdlərimi bilikli, intellektual, savadlı və humanist olmasına nail olmaqdır. Onların hər birinə differensial yanaşaraq, potensial imkanlarına, maraq və qabiliyyətlərinə uyğun olaraq öyrənmə fəaliyyətlərini təşkil edəcəyəm”.

 

 

Digər rekordçu Sənubər Hüseynova uşaqlıq illərindən müəllim olmağı arzulayıb:

 

 

O, Sabunçu rayon Zabrat qəsəbəsi 192 saylı tam orta məktəbi bitirib. 2008 ci ildə təhsilini başa vuraraq ADPU -nun “İbtidai təhsilin pedogikasi və metodikası” ixtisasına qəbul olub.

 

 

“MİQ müsabiqəsində  3 il ardıcıl olaraq iştirak etdim. Birinci il 42, ikinci il  51 və nəhayət bu il 60 bal topladım.Buna görə müəllimlərimə təşəkkürümü bildirirəm .

 

 

 

Müəllim olmaq uşaqlıq arzum idi. Sonunda istəyimə çatdım. Çox  əziyyət çəkdim və nəticəsini gördüm. Ən vacibi isə özümə inanırdım.

 

 

Yeni təhsil proqramı olan kurikulumdan əsl müəllim necə olmalıdı, onu öyrəndim. Bu biliklərin mənə  gələcək fəaliyyətimdə  kömək edəcəyinə inanıram. Savadlı, bilikli və yüksək təfəkkürlü şagirdlər yetişdirmək istəyirəm. İnanıram ki, hər şagirdin içində xüsusi potensial var. Sadəcə, onu üzə çıxarmaq müəllimin üzərinə düşür. Bunun öhdəsindən gələcəyimə inanıram”.

 

 

Maksimal nəticə göstərən daha bir namizəd, Səbinə Səfərova hər zaman peşəsinə sevgi ilə yanaşıb:

 

 

O, Tərtər rayon 2 nömrəli tam orta məktəbi bitirib. Sonra isə Ağcabədi rayon Pedaqoji Kollecində təhsil alıb. İlk dəfə 2017-ci ildə MİQ-də iştirak edib. 46 bal toplayaraq Kəlbəcər rayon 45 saylı tam orta məktəbə qəbul olunub. 2019-cu ildə isə yenidən imtahan verərək 51 ballıq nəticə əldə edib. Lakin yerdəyişmə müsabiqəsində iştirak etməyib. Hazırda Kəlbəcər rayon 45 saylı məktəbdə çalışır. 

 

 

“Əvvəl iştirak etdiyim imtahanlara ciddi şəkildə hazırlaşa bilmirdim. Bu ilin may ayından bütün diqqətimi MİQ-ə verdim. Kurikulumdan “online” dərslərə qatıldım. Youtube üzərindən videolara baxaraq buradakı məlumatlardan bəhrələnirdim. 

 

 

Müəllim üçün ən vacib məqam uşaqlarla ünsiyyət qura bilməkdir. Bundan əlavə insan öz işinə sevgi ilə yanaşmalıdı. Əgər insan  peşəsini sevirsə, mütləq nailiyyət əldə edəcək”.

 

 

İştirak edən bütün namizədlərə uğurlar arzu edirik!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları