Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-06 12:23:00
Bu il paytaxt məktəblərinin XI siniflərini 20 mindən çox şagird bitirib

2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI siniflərini 20 min 24 nəfər bitirib.

 

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, cari tədris ilində paytaxt məktəblərindən ümumilikdə 55 min 44 şagird məzun olub. Belə ki, paytaxt məktəblərinin IX siniflərini 34 min 874, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 146 şagird bitirib.