Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-19 13:20:00
Misirdə bakalavr dərəcəsi almaq üçün təqaüd proqramı elan edilib

Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyi Azərbaycan vətəndaşları üçün 2018-2019-cu tədris ilində Misir universitetlərində müxtəlif ixtisaslar üzrə bakalavr dərəcəsi almaq üçün təqaüd proqramı elan edir.

Səfirlikdən AzEdu.az-a verilən xəbərə görə, proqramda yalnız Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

 Maraqlanan şəxslər ətraflı məlumat üçün Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə əlaqə saxlaya bilərlər. Əlaqə nömrəsi: (012)  561 12 17