Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-05 11:24:00
Yeniyetmələrin 25-ci Balkan Riyaziyyat Olimpiadasında qazanılan uğur  

Moldova Respublikasında Yeniyetmələrin 25-ci Balkan Riyaziyyat Olimpiadası təşkil edilib. Olimpiadada 21 ölkədən 128 məktəbli iştirak edib.

 

AzEdu.az xəbər verir ki, məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 qızıl və 2 gümüş medal olmaqla ümumilikdə 3 medal qazanıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Cəlil Hüseynov qızıl, eyni liseyin IX sinif şagirdi Anar Mehdiyev və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Fidan Cəfərli isə gümüş medala layiq görülüblər.

 

Məktəblilərimizi təbrik edir və uğurlar arzulayırıq!