Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-03 17:34:00
Gənclərə stimul olan tələbə kreditləri  

Bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb. Fondun yaradılmasında əsas məqsəd ali təhsilin hamı üçün əlçatanlığının təmin edilməsitəhsildə bərabər imkanların yaradılmasıdır


Fondun
 yaradılması təhsil ictimaiyyəti tərəfindən də sevinclə qarşılanıb.


Milli
 Məclisin deputatı Aydın Mirzəzadə: «Fondun yaradılması barədə qərar ölkə Prezidenti cənab İlham Əliyevin hər kəsineyni zamanda ödənişli əsaslarla təhsil alan gənclərin qayğılarına çox həssaslıqla yanaşdığını göstərirBu, gənclərimiz üçün çox böyük bir dəstəkdirFondun yaradılması gənclərin təhsil almasında dövlətin rolunun artdığını bir daha sübut edir”.


Təhsil
 Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov: “Düşünürəm ki, Fond ölkəmizdə xeyli sayda gəncin təhsil almasına bilavasitə şərait yaradacaqNəzərə alsaq kigənclərin təhsilə əlçatanlığının təminatı həm  onlar arasında rəqabət mühitinin formalaşmasına səbəb olacaqBütün bunlar eyni zamanda təhsilin keyfiyyətinə birbaşa təsir edəcək”.


Bakı
 Dövlət Universitetinin professoru Hikmət Əlizadə:“Bu Fondun yaradılması Azərbaycanda təhsilin inkişafı istiqamətində mühüm rol oynayacaqDünyanın inkişaf etmiş ölkələrində adətən belə fondlar müxtəlif şirkətlər tərəfindən yaradılırÖlkə Prezidenti cənab İlham Əliyev yenə də müsbət addım ataraq belə bir fondun yaradılmasına qərar verdiPrezidentimiz gənclərimizin təhsil almasına çox böyük həssaslıqla yanaşır”.


Azərbaycan Texnologiya Universitetinin II kurs tələbəsi 
Cavid Cabbarlı: “Bu xəbər tələbələr arasında böyük sevincə səbəb oldu. Ölkə Prezidentinin imzaladığı bu sərəncam tələbə olmaq arzusunda olan bir çox gəncə stimul verəcək”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları