Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-23 16:20:00
Bakı Ali Neft Məktəbinin mətbuat katibi vəzifədən AYRILDI

 

Bakı  Ali  Neft  məktəbinin  İctimaiyyətlə  əlaqələr  şöbəsinin  rəhbəri  Zamirə  Ədilova  2  illik  fəaliyyətdən  sonra  vəzifəsinə  son verib.

 

AzEdu.az  xəbər  verir  ki, bu  barədə o  öz  feysbuk  hesabında  bildirib.

 

Şöbə  müdiri  paylaşımında  kollektivlə  vidalaşaraq  işdən  ayrıldığını  bildiriirək  bu  sözləri  qeyd  edib:

 

“Karyeramın son 2 ilini həsr etdiyim Bakı Ali Neft Məktəbi (BANM) ilə bu gündən etibarən yollarımız ayrıldı. Fərqli mühit, dinamizim, yeni dostlar, maraqlı təcrübə üçün Ali Məktəb heyətinə, tələbə və məzunlara minnətdarlığımı bildirirəm!  Çalışdığım şöbənin hər bir əməkdaşı, təcrübə və xoş emosiyalarını əsirgəməyən bütün digər həmkarlarımla eyni çətir altında olmaqdan, onların həyatıma bəxş etdiklərindən olduqca məmnunam. Əminliklə deyə bilərəm ki, yenə də qazandığım yaxşı dostlar oldu! Mənim üçün fərqli bir marafon idi”.

 

Zamirə  Ədilova  işdən  ayrılma  səbəblərini  qeyd  edərək  universitet  rəhbərliyinə  təşəkkürünü  bildirib:

 

“Nazirlikdən işdən ayrılanda fasilə vermək imkanım olmamışdı. İndi özümə bir müddətlik bu imkanı vermək məcburiyyətindəyəm, bir az səhhətimdə yaranan problemlər, bir az istirahət etmək istəyi, yeni təklifləri daha rahat dəyərləndirə bilməyim üçün belə bir qərar qəbul olundu. BANM rəhbərliyi də sağ olsun bu qərarımı  hörmətlə qarşıladığı üçün rahatlıqla yeni üfüqlərə yelkən aça bilərəm”.

 

 

Son  olaraq  şöbə  müdiri  KİV əməkdaşlarına  öz  təşəkkürünü  bildirib:

 

“Fürsətdən istifadə edib dəyərli məsləkdaşlarım olan Kütləvi İnformasiya Vasitələrinin hər bir fərdinə də anlayışlarından, dəstəklərindən və xoş rəftarlarından dolayı sonsuz təşəkkürümü bildirirəm! Əməkləriniz qiymətsizdir!”