Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-17 14:59:41
Xaricdə təhsildə ən çox üstünlük verilən universitetlər – Kanada möcüzələri - FOTO  

AzEdu.az xarici KİV-ə istinadən məlumat verir ki, təhsil keyfiyyətinə görə, US News & World Report və Wharton Business School tərəfindən hazırlanan 2018 hesabatında birinci sırada Kanada universitetləri yer alır. Məzun olduqdan sonra təqdim etdiyi fürsətlərlə də Kanada bu gün xaricdə təhsil almaq istəyən  tələbələrin diqqət mərkəzindədir.

Karlton Universiteti - Yarandığı gündən etibarən, Kanadada təhsil keyfiyyəti və tədqiqatları ilə önə çıxan Karlton Universiteti bu gün tələbələrin ən çox üstünlük verdiyi təhsil ocaqlarından biridir. Kanadanın paytaxtı Ottavada yerləşən universitet, təhsil və araşdırmağı dəstəkləyən, istedadlı, işinə həvəs və ruh yüksəkliyi ilə yanaşan müəllimlər və personaldan ibarətdir;

Brok Universiteti - Kanadanın ən yaxşı təhsil müəssisələrindən olan Brok Universitetinin yeddi fərqli fakültəsində 18.000—dən çox tələbə təhsil alır;

Vaterloo Universiteti - Vaterloo bölgəsinin mərkəzində yerləşən və innovasiya fəaliyyətin aparıcı qurumu olan Vaterloo Universiteti  dünyanı dəyişdirən tədqiqat işlərinə ev sahibliyi edir;