Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-17 13:12:00
Direktor vəzifəsinə işə qəbulla bağlı suallar cavablandırılacaq  

İyunun 17-si saat 16:00-da dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi ilə bağlı onlayn vebinar keçiriləcək.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, vebinarda nazirliyin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov işə qəbula dair sualları cavablandıracaq. Vebinar Təhsil Nazirliyinin feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.