Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-17 13:23:00
İlahiyyat İnstitutu bu vəzifələr üzrə işçi AXTARIR

Azərbaycan İlahiyyat İnstitutu bir neçə vəzifə üzrə vakansiya elan edir. 

İnstitutdan AzEdu.az-a verilən məlumata görə, kargüzarlıq işləri üzrə mütəxəssis, mühasib və tədris işləri üzrə mütəxəssis vəzifələrinə vakansiya elan edilib. 

Tələb olunan şərtlər: ali təhsil, aidiyyatı istiqamət üzrə baza bilikləri, iki il iş təcrübəsi, azərbaycan və rus dillərini bilmək, PC bacarıqları, problemləri həll etmə bacarığı, ünsiyyət bacarıqları.

Tələb olunan sənədlər: cari CV, maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz), rekomendasiya siyahısı (namizədin fəaliyyəti haqqında məlumatı olan ən az üç şəxsin adı)

Maraqlanan şəxslər mənə yaza bilər və yaxud [email protected] email ünvanına CV göndərə bilər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları