Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-10 11:48:00
BŞTİ: Əvvəlki illərdə məktəbi bitirə bilməyən 250 şagird attestat alıb  

250 nəfər eksternat imtahanları vasitəsilə attestat almaq üçün müvəffəq olub.

 

AzEdu.az xəbər verir ki, müxtəlif səbəblərdən əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün 2020-2021-ci tədris ilində təşkil edilən onlayn eksternat imtahanlarında ümumilikdə 316 nəfər iştirak edib.

 

Onlardan 250 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.