Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-07 15:51:00
“Direktorlar klubu” çərçivəsində “Məsləhətli saat” proqramının növbəti buraxılışı yayımlanacaq

İyunun 8-i saat 19:00-da “Direktorlar klubu” çərçivəsində “Məsləhətli saat” proqramının növbəti buraxılışı yayımlanacaq.

“T-Network”dan AzEdu.az-a bildirilib ki, budəfəki proqramda Türkiyə Təhsil Dərnəyinin icraçı direktorunun müavini Şule Akalın ilə Türkiyə təcrübəsində məktəbdaxili monitorinq barədə danışılacaq.

Xatırladaq ki, proqram hər həftənin çərşənbə axşamı “T-Network”un feysbuk səhifəsi üzərindən Təhsil Nazirliyi yanında İctimai şuranın üzvü, Əməkdar müəllim Asif Cahangirovun təqdimatında yayımlanır.
“Direktorlar klubu” Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı və “Kapital Bankın” baş sponsorluğu ilə yaradılıb.