Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-05 10:00:00
AzTU professoru beynəlxalq simpoziumun təşkilat komitəsinə üzv seçilib  

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının müəllimi, professor Bayram İbrahimov Penza Dövlət Universitetində onlayn keçirilən “Etibarlılıq və keyfiyyət” adlı üçgünlük XXVI beynəlxalq simpoziumda iştirak edib.

AzTU-dan bildirilib ki, Bayram İbrahimov simpoziumun “Etibarlılıq, keyfiyyət və təhlükəsizliyin sistemli əsasları” bölməsində “Çoxxidmətli telekommunikasiya şəbəkələrinin aparat-proqram kompleksinin və terminal vasitələrinin imtinaya qarşı dayanıqlığının yüksəldilməsi üsullarının tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirin bağlanış mərasimində bildirilib ki, AzTU-nun professoru Bayram İbrahimov növbəti üç il müddətinə beynəlxalq simpoziumun təşkilat komitəsinə üzv seçilib.