Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-04 14:25:00
AzTU “Atena” şirkəti ilə əməkdaşlığa başlayır  

Azərbaycan Texniki Universiteti (AzTU) və “Atena” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

Rektor Vilayət Vəliyev və şirkətin qanuni təmsilçisi Ceyhun Bəxtiyarlının  imzaladığı sənədə əsasən, tərəflər müştərək layihələrin icrası, elmi-texniki informasiya mübadiləsinin həyata keçirilməsi, gənc kadrların fərdi inkişafı, motivasiya xarakterli tədbirlərin təşkili, əmək bazarının tələblərinə uyğun müasir düşüncəli, mütərəqqi texnologiyaların tətbiqini mənimsəyən mütəxəssislərin hazırlanmasına kömək məqsədi ilə əməkdaşlıq edəcək.

 

Əməkdaşlıq çərçivəsində AzTU tələbələrinin şirkətdə istehsalat və elmi-tədqiqat təcrübələrinə cəlb edilməsi təmin olunacaq.

 

Tərəflər arasında birgə elmi-nəzəri və ustad dərslərinin keçirilməsi də nəzərdə tutulub. 

 

Bu barədə AzTU-dan bildirilib.