Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-04 11:48:00
Ali təhsil XXI əsr üçün vacib olan dəyərləri formalaşdırmaqda acizdir – Ədalət Muradov  

“Müasir ali təhsil missiyasını artıq yerinə yetirə bilmir. Yəni universitetlər bütövlükdə cəmiyyətin inkişafının önündə gedə bilmir, onun lokomativi funksiyasını yerinə yetirə bilmir”.


AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov İqtisadiyyat və İdarəetmə sahəsində Magitsrat və Doktorantların Nizami Gəncəviyə həsr olunmuş 3-cü Beynəlxalq Elmi Konfransda qeyd edib.


Rektor bildirib ki, ali təhsil XXI əsr üçün vacib olan dəyərləri formalaşdırmaqda acizdir:

“Müasir universitetlər gələcəyin millətini, millətin gələcəyini formalaşdıran institut kimi artıq güclü deyil. Eləcə də ali təhsil mövcud formada metodlarla hələ də tam formalaşmamış rəqəmsal iqtisadiyyat üçün kadr hazırlığını təmin edə bilmir. Ali təhsilin yenidən qurulmasından daha çox yeni ali təhsil tələb olunur".


O, Ağdamda yaradılacaq universitetin fəaliyyətindən danışıb:


“Ağdamda yaradılacaq Qarabağ Universiteti IV sənaye inqilabının tələblərini nəzərə alaraq gələcəyin dövlətini, yəni rəqəmsal ölkəni quracaq. Azərbaycanın rəqəmsal transformasiyasını təmin edəcək insan kapitalı formalaşdıracaq universitet kimi gördüyümüzü bildirirk. Əminik ki, ali təhsildə əvvəlki iş davam etdirildiyi halda nəticədə də yeni, yox əvvəlki nəticə olacaqdır”.