Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-03 14:00:00
Riyaziyyat və fizika fənləri üzrə final nəticələri

Riyaziyyat və fizika  fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri məlum olub.

 

AzEdu.az xəbər verir ki, qaliblər və final turunun nəticələri ilə www.olimpiada.edu.az saytından tanış ola bilərsiniz.

 

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

 

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.