Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-02 15:20:00
Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 11 mərkəzdə aparılıb

Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 2-də Şəkidə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.

AzEdu.az xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 11 mərkəz ayrılıb. Buraxılış imtahanları Şəki şəhərindəki 5, 8, 9, 10, 11, 12, 14, 17 və 20 saylı tam orta, fizika-riyaziyyat və humanitar təmayüllü lisey və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub.

Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.