Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-02 12:31:00
AzTU-nun dosenti beynəlxalq konfransda  iştirak edib-FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının dosenti Qasım Manafov  Rusiya Federasiyasının Həştərxan  Dövlət  Universitetinin  “Xəzər 2021: Dayanıqlı inkişafın yolları” beynəlxalq forum çərçivəsində təşkil etdiyi  “Beynəlxalq nəqliyyat dəhlizləri və logistika mərkəzləri” adlı bölmə üzrə "Rəqəmsal dövrdə Xəzər"  beynəlxalq konfransında  iştirak edib.

 

AzEdu.az xəbər verir ki, Q.Manafov konfransda “Xəzəryanı nəqliyyat dəhlizlərinin inkişaf tendensiyaları”  adlı məqalə ilə  çıxış edib. Məqalədə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin ölkə ərazisindən keçən qərb haçalanmasının perspektiv olduğu əsaslandırılıb və gələcək fəaliyyət  istiqamətləri qeyd olunub.