Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-01 11:48:00
Gənc tədqiqatçının Qarabağ haqqında elmi məqaləsi Kanadada dərc olunub  

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşı, siyasi tədqiqatçı, doktorant Nərgiz Hacıyevanın “Qarabağ və ətraf ərazilərdə yaşıl enerji potensialının iqtisadi qiymətləndirilməsi” mövzusunda elmi məqaləsi Kanada Elm və Təhsil İnstitutunun maliyyə dəstəyi ilə bu ölkənin “Modern in Applied Science” jurnalında dərc edilib.

 

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib. Bildirilib ki, məqalədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələrinin iqtisadi imkanlarına diqqət yetirilib. Bərpa olunan və ənənəvi enerji mənbələrindən tədricən istifadənin ölkənin sosial-iqtisadi inkişafı, ekoloji davamlılıq və enerji təhlükəsizliyi baxımından vacibliyi önə çəkilib. Müəllif araşdırmasında Ermənistanın 30 illik işğalı dövründə Dağlıq Qarabağ və ətraf ərazilərdə enerji və digər təbii sərvətlərimizin qanunsuz istismarından da bəhs edib.

 

Jurnal “Google Scholar”, “American International Standards Institute” (AISI), BASE (Bielefeld Academic Search Engine), “CiteFactor”, “Excellence in Research for Australia” (ERA), “Norwegian Centre for Research Data” (NSD), EBSCO, “Econ-Lit”, “Polska Bibliografia Naukowa”, “Ulrich's” və bir çox data bazalarda indekslənir.