Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-31 17:52:00
Bakıda bəzi məktəblər distant tədrisə keçdi - SİYAHI  

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq Bakının bəzi məktəblərində dərslər distant formada keçirilir.

 

AzEdu.az-ın məlumatına görə, yarışlarla əlaqədar bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb.

 

Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbdə bu gündən dərslər distant tədrisə keçib.

 

Distant tədris iyunun 8-dək davam edəcək.