Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-31 12:36:00
“İxtisaslar üzrə keçid balları aşağı düşməyəcək, çünki...”-Təhsil ekspertindən önəmli açıqlama

“Düşünürəm ki, ixtisaslar üzrə keçid balları aşağı düşməyəcək. Çünki ötən il abituriyentlərin göstəriciləri nisbətən zəif idi, bu il isə onlar kifayət qədər bal toplayıblar. Belə olan halda blok imtahanları da yekunlaşdıqdan sonra keçid ballarının enmə ehtimalı az gözlənilir”.  

 

Bunu AzEdu.az-a açıqlamasında Təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib bildirib. O, ixtisas seçimi ilə bağlı vacib detalları da açıqladı:

 

“İxtisas seçimi çox ciddi prosesdir. Bununla bağlı xeyli götür-qoy etmək lazımdır. Abituriyent jurnalına əsasən ötən ilin keçid ballarını nəzərdən keçirib seçim edilməlidir. Abituriyent az bal toplayıbsa, ixtisas seçimində mütəxəssisdən kömək almalıdır. Rəqabətlilik əsasən 3 və 4-cü ixtisas qruplarında yaşanır, bu qruplarda ixtisaslar üzrə keçid balları nisbətən yüksəkdir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları