Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-30 10:26:00
Buraxılış imtahanlarındakı yüksək nəticələr məktəblərin uğuru deyil-İDDİA

“DİM tərəfindən 11-ci siniflər üçün təşkil olunan buraxılış imtahanları yekunlaşıb, hətta nəticələri də açıqlanıb. 2 abituriyent maksimum bal topladı, biri isə 297.1 bal toplamağa müvəffəq oldu. Buraxılış imtahanlarındakı yüksək nəticələr məktəblərin uğuru deyil”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib bildirib. O, abituriyentlərin buraxılış imtahanlarında göstərdiyi uğurlu nəticəni bu səbəblə əsaslandırıb:

 

 “2020-ci ildən etibarən tədrisin məsafədən təşkili və bir çox fənlərin bu formada şagirdlərə öyrədilməsində yaranan çətinliklər buraxılış və qəbul imtahanlarında toplanan nəticələrdə qismən də olsa əksini tapdı. Lakin ümumilikdə pandemiya şəraitinin çətinliklərinə-onlayn təhsil, texniki problemlər, epidemiyanın sürətlə yayılması qorxusu və s. abituriyentlərin göstəricilərinə gözlənilən dərəcədə mənfi təsir etmədi. Bu, əslində abituriyentlərdə fərdi hazırlıqlarının və repetitor dəstəyinin önəmini göstərdi”.

 

Təhsil eksperti ixtisaslar üzrə keçid ballarından da danışdı:

 

“Düşünürəm ki, ixtisaslar üzrə keçid balları aşağı düşməyəcək. Çünki ötən il abituriyentlərin göstəriciləri nisbətən zəif idi, bu il isə onlar kifayət qədər bal toplayıblar. Belə olan halda blok imtahanları da yekunlaşdıqdan sonra keçid ballarının enmə ehtimalı az gözlənilir”.  

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları