Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-25 15:50:00
Metro və avtobuslar şənbə-bazar günləri işləməyəcək - RƏSMİ  

Həftəsonları ictimai nəqliyyat üçün nəzərdə tutulan məhdudiyyət yenə də qüvvədə olacaq.

 

AzEdu.az-ın məlumatına görə, bunu “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

 

O qeyd edib ki, şənbə və bazar günləri üçün avtobuslar işləməyəcək: “Mayın 31-dən sonra açılacaq metro da həftəsonları fəaliyyət göstərməyəcək. Yəni həm avtobus, həm də metro həftənin I-V günləri işləyəcək”.