Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-25 15:13:00
Təhsil Nazirliyi yay məktəbinin təşkili ilə bağlı sorğu keçirir  

Təhsil Nazirliyi yay məktəbinin təşkili ilə bağlı sorğu keçirir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, pandemiya səbəbindən 2020-2021-ci il tədris ilinin əhəmiyyətli hissəsi distant (məsafədən) formada təşkil edilib. Mövcud vəziyyəti nəzərə alaraq, zəruri bilik və bacarıqların möhkəmləndirilməsi məqsədilə iyunun 16-dan etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsasda yay məktəbinin təşkil edilməsi nəzərdə tutulur. Sorğunun keçirilməsində məqsəd yay məktəbinin təşkilinə münasibətin öyrənilməsidir.

 

Yay məktəbi ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.