Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-21 17:02:00
Təhsil İnstitutunda pedaqogika fənnindən fərq imtahanları keçirilib

Mayın 21-də Təhsil İnstitutunda doktorluq imtahanlarının yaz sessiyası çərçivəsində pedaqogika fənnindən fərq imtahanları keçirilib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, imtahanlar Ali Attestasiya Komissiyasının yeni tələblərinə uyğun olaraq təlimat əsasında təşkil edilib. İddiaçılar - fəlsəfə doktoru proqramı üzrə sabiq dissertant Afaq Əliyevanın və elmlər doktoru proqramı üzrə qiyabi doktorant İlham Cavadovun cavabları əla qiymətləndirilib.
İmtahanı pedaqogika üzrə elmlər doktorları, professorlar Vidadi Xəlilov və Akif Abbasov götürüblər.