Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-20 11:07:00
Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi 27 mərkəzdə təşkil ediləcək  

Mayın 26-da Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi keçiriləcək.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, olimpiadanın final mərhələsi mövcud pandemiya qaydalarına uyğun olaraq ölkə üzrə 27 mərkəzdə təşkil ediləcək. Bu mərhələdə 2954 şagird iştirak hüququ qazanıb.

 

Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.