Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-07 16:29:00
 RTŞ müdiri intihar edən abituriyentdən danışdı: “Səbəbini burada axtarmaq lazımdır”

 

 

Aprelin 15-16 da keçirilən buraxılış imtahanlarında iştirak edən 17 yaşlı abituriyent Şəfaət Məmmədov ötən gecə naməlum səbəblərdən özünü tövlədə asıb. Hər kəs onun bu addımı atmasına səbəb kimi imtahanda az bal toplamasını görür.

 

“3-4 gün əvvəl psixoloqlarla abituriyentlərin imtahana hazırlıq dönəmində onlar üçün dəstək xarakterli fəaliyyətlə bağlı görüşlərimiz oldu. Şagird intihar edirsə, bunun əsas səbəbini evdəki mühitdə axtarmaq lazımdır”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında Ağdam RTŞ rəhbəri Mətanət Misirxanova bildirib. O, intihar hallarının əsas problemini ailə ilə əlaqəli olduğunu bildirdi:

 

“İntihar edən şagirdimiz evin yeganə oğluydu, çox ağıllı, tərbiyəli uşaq idi. Ötən il bacısı ali məktəbə qəbul olub. Müasir dövrdə belə hadisənin baş verməsi təəssüf doğurur, sözün bitdiyi yerdir. Biz psixoloqlarla bu məsələni müzakirə etdik və qənaətə gəldik ki, şagirdlə yanaşı, valideynlərlə tək-tək söhbətlər aparmalıyıq. Valideyn uşağı hədələyir, onunla dost münasibəti yaratmır, yoldaşlıq etmir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları