Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-29 18:39:00
Buraxılış imtahanlarının nəticələri nə vaxt elan ediləcək?-AÇIQLAMA

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanlarının nəticələrinin elan ediləcəyi vaxt açıqlanıb.


Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, aprelin 30-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

 

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.