Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-26 14:56:00
Dəyişən imtahan qaydaları, zaldan qovulan nəzarətçi – TƏHSİL İCMALI

 

 

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

 

Yola saldığımız həftədə 19-25 aprel təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

Bu gün 9 minə yaxın şagird buraxılış imtahanı verib:

 

 

Aprelin 22-də Ağdaş, Beyləqan, Cəlilabad, Goranboy, Qobustan, Salyan, Ucar, Xaçmaz, Zaqatala rayonlarında və Naftalan şəhərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

 

 

Şagirdə kömək edən nəzarətçi imtahandan xaric olunub:

 

 

 

Dövlət İmtahan Mərkəzi tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirib.

 

 

Mərkəzdən verilən məlumata görə, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib.

 

 

DİM 32 şagirdin buraxılış imtahanı verəcəyi tarixi açıqlayıb:

 

 

Texniki xəta səbəbindən Bakı şəhəri 323 nömrəli tam orta məktəbin 32 nəfər XI sinif şagirdi aprelin 30-u və ya may ayında keçiriləcək əvvəlki illərin məzunları üçün nəzərdə tutulan imtahanda iştirak edə biləcəklər.

 

 

Bunu Dövlət İmtahan Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

 

 

Distant təhsil ali təhsilin formalarından biri kimi qəbul ediləcək:

 

 

Ali təhsilalma formaları müəyyənləşib. 

 

Bu "Ali təhsil haqqında" qanun layihəsinin ilkin versiyasında əksini tapıb. 

 

Layihəyə əsasən, ali təhsil səviyyələrində təhsilalma formaları aşağıdakılardır: 

 

- əyani təhsil (təlim və tədrisə tam cəlb olunma-fulltime) 

- qiyabi təhsil (təlim və tədrisə qismən cəlb olunma-parttime) 

- distant ( təlim və tədrisə məsafədən qoşulma), 

- sərbəst( eksternat). 

 

 

UNEC-də imtahan qaydaları dəyişib, suallar tələbələrə verilməyəcək:

 

 

Azərbaycan Dövlət İqtisad Univeristetinin (UNEC) Biznesin idarə edilməsi ixtisasının magistr səviyyəsi üzrə I kurs tələbələri II semest imtahanlarının test suallarının əvvəlcədən onlara verilməməsindən şikayət edir.

 

 

Şikayətdə tələbələr distant tədrislə əlaqədar dərsləri lazımi səviyyədə keçə bilmədiklərindən imtahana necə və hansı mövzular əsasında hazırlaşacaqlarını bilmədiklərini qeyd ediblər.

 

 

Mövzu ilə əlaqəli UNEC-dən  bildirilib ki, UNEC-də bakalavr və magistraturada əyani təhsil alan tələbələrin imtahanları test üsulu ilə keçiriləcək və test suallarının məxfi saxlanılması ilə bağlı qərar qəbul edilib.

 

 

Buraxılış imtahanının nəticələri bu tarixdə açıqlanacaq:

 

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 22-də respublikanın bir şəhər və doqquz rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

 

 

DİM-dən verilən məlumata görə, aprelin 23-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

 

 

Media nümayəndələri üçün “Qalib müəllim” müsabiqəsinə start verilib:

 

 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri arasında “Qalib müəllim” videohekayə müsabiqəsinə start verilir.

 

19 aprel-28 may tarixlərini əhatə edən müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.

 

 

Aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək:

 

 

Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.  

 

 

I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.

 

 

Direktor müavinlərinin işə qəbulunun birinci mərhələsi yekunlaşıb:

 

 

Peşə təhsili müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun birinci mərhələsi başa çatıb.

 

 

14-21 aprel tarixlərində respublika üzrə ümumilikdə 31 vakant yerə 416 nəfər tərəfindən 825 müraciət daxil olub. Müraciət edənlərdən 221 nəfəri kişi, 195 nəfəri qadındır. Onlardan 388 nəfəri ali təhsilli, 28 nəfəri orta ixtisas təhsillidir.

 

 

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti onlayn müsahibələr keçirilib:

 

 

Onlayn müsahibələrə fənlər üzrə ümumilikdə 536 namizəd dəvət olunub. Namizədlərdən 528 nəfəri müsahibələrdə iştirak edib.

 

 

Qeyd edək ki, onlayn müsahibələrdə komissiya qismində yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və psixoloqlar iştirak edib. 

 

 

Türkiyə Təhsil nazirinin Azərbaycana səfəri gözlənilir:

 

 

Türkiyə Təhsil naziri Ziya Selcukun Azərbaycana səfəri gözlənilir.

 

 

Bu barədə Türkiyə Təhsil Nazirliyindən bildiriblər.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları