Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-25 13:58:00
“Ünsiyyət psixologiyası” mövzusunda onlayn seminar keçirilib  

Aprelin 24-də Azərbaycan İdman Könüllüləri İctimai Birliyi və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Ünsiyyət psixologiyası” mövzusunda onlayn seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, seminarda sosial pedaqogika ixtisası üzrə mütəxəssis Şahin Mehrəliyev ünsiyyətin xüsusiyyətləri, ünsiyyət zamanı istifadə olunan vasitələr, mutizm və ünsiyyətdə təcrübə texnikaları haqqında məlumat verib. O, ünsiyyət baryerlərinin səbəblərini açıqlayıb və həlli üçün həmin insanların sosial mühitdə, müzakirələrdə iştirak etməsinin üstünlüklərini diqqətə çatdırıb.

 

Seminarda, həmçinin insanlarla düzgün ünsiyyət qurmağımız üçün nitqimiz aydın, səlis, məntiqli olmasından da danışılıb.

 

Sonda Şahin Mehrəliyev könüllüləri maraqlandıran sualları cavablandırıb.