Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-24 12:38:00
ADNSU ilə Polşanın Gdansk Universiteti əməkdaşlığa başlayır  

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)  ilə Polşanın Gdansk Universiteti arasında onlayn görüş keçirilib.

 

Hər iki universitetin rektorlarının və digər səlahiyyətli şəxslərinin iştirakı ilə keçirilən tədbirdə tərəflər arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

 

ADNSU-nun  rektoru, professor Mustafa Babanlı bildirib ki, universitet olaraq qabaqcıl təhsil müəssisələri ilə əməkdaşlığa, qarşılıqlı şəkildə təcrübələrin bölüşdürülməsinə hər zaman hazırdırlar.

 

Görüş zamanı yaxın günlərdə universitetlərin mütəxəssislərinin prioritet sahələri müəyyənləşdirəcəkləri qeyd olunub.  

 

Sonda iki universitet  arasında  memorandum imzalanıb.