Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-20 14:52:00
AzTU və JTI şirkəti arasında onlayn görüş keçirilib - FOTO

Azərbaycan Texniki Universiteti (AzTU) və "Japan Tobacco International" (JTI) şirkəti arasında onlayn işgüzar görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə “Make İt Bright” layihəsinin təqdimatı keçirilib.

 

Qeyd olunub ki, layihədə universitetlərin sonuncu kursda oxuyan bakalavrları və magistrantları iştirak edə biləcək. Qaliblər 6 ay müddətində Cenevrədə təqaüdlü təcrübə proqramında iştirak hüququ qazanacaq.

 

Bununla bağlı AzTU Karyera mərkəzi layihəyə uyğun gənclərin seçilərək iştiraka cəlb olunmaları, komanda formalaşdırılması istiqamətində işlərə başlayıb.

 

Layihənin icrasında Karyera mərkəzi,  SABAH qrupları və Məşğulluq və innovasiya şöbəsi birgə fəaliyyət göstərəcək.