Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-10 11:10:00
Abituriyentlərin NƏZƏRİNƏ: IV qrupda gözlənilməz dəyişikliklər, yeni ixtisaslar   

IV ixtisas qrupunda  bir sıra yenilik və dəyişikliklər edilib.

AzEdu.az xəbər verir ki, IV ixtisas qrupunda bu il  yeni ixtisaslar yaradılıb.

Onlardan biri Bitki mühafizəsi digəri isə Bağçılıq və tərəvəzçilik ixtisaslarıdır.

Yeni ixtisasların yaradılmasına baxmayaraq IV ixtisas qrupu üzrə plan yerləri kəskin şəkildə azaldılıb. Belə ki, Müalicə işi ixtisasına bu il cəmi  460 yer ayrılıb.  Keçən il isə bu ixtisas üzrə yerlərin sayı 585 idi. Yəni, müalicə ixtisası üzrə 125 yer azaldılıb.

Stomotologiyada 2017-ci il ilə müqayisədə 70 yer azaldılaraq, fakültəyə cəmi 15 yer ayrılıb.

Tibbi profilaktika fakültəsi üçün ayrılan plan yerləri də yarıbayarı azaldılaraq, 35-ə çatdırılıb. Keçən il isə bu fakültəyə 65 plan yeri ayrılmışdı.

Əczaçılı fakültəsinin plan yerləri 25 yer azaldılaraq  35-ə çatdırılıb.  

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları