Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-15 12:24:00
UNEC-in tələbələri Hərbi Qənimətlər Parkını ziyarət ediblər  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, tələbələr açıq səma altında salınan parkda 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika ilə tanış olublar.

 

Xatırladaq ki, aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı olub.