Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-06 14:34:00
“DigiTalks”un ilk canlı yayımı: Rəqəmsal marketinq

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal Marketinq Mərkəzi və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “DigiTalks” layihəsinə start verilib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanda rəqəmsal mühitin təhlili, eləcə də rəqəmsal marketinq haqqında ən son yenilikləri cəmiyyətlə paylaşmaq, mütəxəssislərin təcrübələrini izləyicilərə çatdırmaqdır.

 

Layihənin ilk qonağı "İRŞAD" şirkətinin rəqəmsal marketinq meneceri Tural Rüstəmli olub.

 

Rəqəmsal Marketinq Mərkəzinin direktoru, rəqəmsal marketinq mütəxəssisi Ramil Cabbarovun moderatorluğu ilə təşkil edilən canlı yayımda “Google” və “Facebook” reklamları, hədəfləmə strategiyaları, reklamlarda xətalar və imtina səbəbləri, effektiv büdcə strategiyaları kimi bir çox məqamlara toxunulub. Canlı yayımı izləyən ölkənin peşəkar rəqəmsal marketinq mütəxəssisləri də fikirlərini paylaşıblar. Həmçinin rəqəmsal marketinq sahəsində karyera qurmaq istəyənlərə istiqamətverici tövsiyələr çatdırılıb.