Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-09 10:50:36
İlahiyyat İnstitutu işçi AXTARIR

Azərbaycan  İlahiyyat İnstitutu vakant yerləri və bu yerlərə qəbul üçün şərtləri açıqlayıb. 

İnstitutdan AzEdu.az-a verilən məlumata görə, Azərbaycan İlahiyyat İnstitutu aşağıdakı fənlər üzrə vakansiyaları elan edir: 

İnformatika müəllimi;
İngilis dili müəllimi;
Fars dili müəllimi;
Azərbaycan tarixi müəllimi.
 

Şərtlər: 

Tələb olunan sahədə magistr dərəcəsi;
Tələb olunan sahədə ən az iki illik tədris təcrübəsi;

Tələb olunan sənədlər:
Cari CV,
Maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz) 
Rekomendasiya siyahısı (namizədin elmi və pedaqoji fəaliyyəti haqqında məlumatı olan ən az üç şəxsin adı). 

Elektron ünvan: [email protected], son müraciət tarixi: 31 iyul, 2018-ci il.
Tələblərə cavab verən namizədlərlə əlaqə yaradılacaq. 

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılması qərara alınıb. Eyni sərəncamla Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin edilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları