Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-09 10:32:00
Müəllimlərin işə qəbulu üçün elektron sənəd qəbulu başa çatdı

2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, hazırda İnsan Resursları Mərkəzinin əməkdaşları tərəfindən elektron ərizələr araşdırılır və şəxsi səhifələrə müvafiq məlumat göndərilir. Hələ də qəbul olunmayan müraciətlərə qısa müddət ərzində baxılacaq və məlumat veriləcəkdir. Müsabiqənin test imtahanı mərhələsinin vaxtı və keçiriləcəyi yer barədə məlumat şəxsi səhifələrə yaxın vaxtlarda göndəriləcək.

Qeyd edək ki,  MİQ üzrə işə qəbul imtahanları iyulun 16-dan etibarən start götürəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları