Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-01 13:10:00
Bakı Ali Neft Məktəbi əməkdaşlıq əlaqələrini genişləndirir  

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Daxili İşlər Nazirliyinin Polis Akademiyasında olub.

BANM-dən bildirilib ki, görüşdə Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov rəhbəri olduğu təhsil müəssisəsinin strukturu, tarixi, tədris prosesi haqqında ətraflı məlumat verib. Akademiyanın digər ölkələrin elm və ali təhsil müəssisələri ilə sıx münasibətləri olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, təhsil müəssisləri arasında əməkdaşlıq bütün sahələrdə uğurla davam edir.

Tədbirdə çıxış edən Elmar Qasımov elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq əlaqələrinin qurulmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Sonra qonaqlar Polis Akademiyasında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, həmçinin oxu zalı, elektron kitabxana, kriminalistik təlim şəhərciyi, fənn kabinetləri, yataqxana və idman zalları ilə tanış olublar.

Görüşdə təhsil müəssisələri arasında əməkdaşlıq protokolunun layihəsi müzakirə olunub.