2021-03-24 17:12:00
Kosmos haqqında 20 fakt - Maraqlı
Bu dəfə tək Yerdən deyil, Kosmos haqqında maraqlı faktları sizlər üçün toplamışıq.
AzEdu.az Kosmos haqqında 20 maraqlı faktı təqdim edir:
- Kainatın ən qaynar ulduzu Veneradır.
- Pluton planetində bir ilin uzunluğu Yerdəki 247,7 il qədərdir.
- Uran planeti Yerdən adi gözlə görünür.
- İlk ulduz kataloqu e.ə. 150-ci ildə Gipparx tərəfindən tərtib edilib.
- Qalaktikamızda hər il qırxa yaxın yeni ulduz meydana çıxır. “Habll” kosmik teleskopu tərəfindən şəkli çəkilən ən qocaman qalaktikanın yaşı 12 milyard ildir.
- Merkuri planetində gün bir ildən iki dəfə uzundur. O, öz oxu ətrafında çox yavaş fırlanır, Merkurinin Günəş ətrafında bir dəfə dövr etməsi isə 88 gün çəkir.
- Marsdakı Niks Olimpik vulkanının hündürlüyü 20 kilometrdən çoxdur. Marsdakı dağların hündürlüyü 20-25 kilometrə çatır.
- Günəş enerjisinin 19 faizi atmosferdə udulur, 47 faizi Yerə düşür, 34 faizi isə kosmosa qayıdır.
- Tam Günəş tutulması 7,5 dəqiqədən çox çəkmir; tam Ay tutulması isə 104 dəqiqə davam edir.
- Günəş sisteminin bütün planetləri Yupiter planetinin içərisinə yerləşə bilərdi.
- Günəş bir dəqiqə ərzində Yerin bir il ərzində sərf etdiyi bütün enerjidən çox enerji istehsal edir.
- Biz ən uzaq görünən ulduza baxarkən, 4 milyard il keçmişə baxırıq. Ondan gələn və saniyədə demək olar 300 000 kilometr sürətlə hərəkət edən işıq bizə yalnız uzun illərdən sonra çatır.
- Bizə ən yaxın olan (Günəşdən sonra) Proksima Sentavr ulduzuna çatmaq üçün orta hesabla saatda 60 kilometr sürətlə hərəkət edən avtomobilə təxminən 48 milyon il vaxt lazım gələrdi. Proksima Sentavradək məsafə 4,24 işıq ilidir.
- Yerin çəkisi təxminən 600 trilyon tondur.
- Ay Yerdən 80 dəfə yüngüldür.
- Hər sutka Yerə təxminən 200 min meteorit düşür. Yerə hər gün 27 tona yaxın, il ərzində isə 10 min tondan artıq kosmik toz düşür.
- Son 500 il ərzində Yerin çəkisi kosmik maddələrin hesabına bir milyard ton artıb.
- Əgər Yer öz oxu ətrafında əksinə dövr etsəydi, o zaman ildə iki sutka az olardı.
- Ayın ilk xəritəsini 1609-cu ildə Tomas Harriton hazırlayıb. Ayda ən yüksək temperatur 117 dərəcə Selsidir. Aydakı ən yüksək dağın hündürlüyü 11 500 metr təşkil edir.
- Ayın kütləsi Yerdən kiçik olduğuna görə, orada qravitasiya qüvvəsi altı dəfə daha zəifdir, yəni sizin çəkiniz Ayda 6 dəfə az olacaq.(Bildirchin.az)
Bu bölməyə aid digər xəbərlər
Direktor müavinləri üçün təlimlər davam edir
2024-05-01 17:30:29
39 uşaq öz ailələrinə qaytarılıb
2024-05-01 17:26:31
"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi hazırlanıb
2024-05-01 16:51:31
Gələn ay ardıcıl 5 gün iş olmayacaq
2024-05-01 16:16:10
Nazir müavini: Təhsilli insanlar münaqişələri daha asan həll edə bilirlər
2024-05-01 15:38:17
Bu liseyin şagirdləri startapda qalib oldular
2024-05-01 15:03:10
Polis Akademiyasına qəbul: Ballar enəcək?
2024-05-01 12:45:00
Sabah 28 dərəcə isti olacaq
2024-05-01 12:28:52
“Tarixdə bu gün”- Mayın ilk günü necə xatırlanır?
2024-05-01 08:55:00
May ayının ilk gününün HAVASI
2024-05-01 08:42:04
kitabı
ÇOX OXUNANLAR
22 Aprel 2024, 09:57
7 aprel buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
22 Aprel 2024, 13:12
Bu uşaqlar I sinfə avtomatik qəbul olunacaq
22 Aprel 2024, 11:53
21 aprel buraxılış imtahanındakı testlərin doğru cavabları AÇIQLANDI
24 Aprel 2024, 13:39
“Təhsil haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
22 Aprel 2024, 11:12
Beynəlxalq olimpiadaya vəsiqə qazanmış yeganə azərbaycanlı şagird - Foto
23 Aprel 2024, 14:27
"İlin gənc müəllimi-2023"- “TOP-50-lik” – SİYAHI
22 Aprel 2024, 16:15
Qarabağ Universiteti sıradan bir təhsil ocağı olmayacaq
22 Aprel 2024, 15:06
Ali məktəblərə qəbul:“Keçid ballarının artımı gözlənilmir”
FACEBOOK