Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-18 13:42:00
“Tədris və təlimdə əlverişli mühitin yaradılması” mövzusunda vebinar keçirilib  

Estoniyanın Javarma Peşə Mərkəzinin əməkdaşları tərəfindən Bərdə və ölkənin digər peşə təhsili müəssisələrinin müəllim və mühəndis pedaqoji heyətinə “Tədris və təlimdə əlverişli mühitin yaradılması” mövzusunda vebinar təşkil olunub.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az -a bildirilib ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsi çərçivəsində “Peer to Peer Learning” proqramı ilə əlaqədar həyata keçirilən vebinarda peşə təhsili müəssisələrindən 35 nümayəndə iştirak edib.

 

Onlayn görüşdə peşə təhsili və təlimində müasir tədris mühitinin yaradılması istiqamətində vacib mövzular müzakirə edilib, eyni zamanda, bu sahədə Estoniya təcrübəsi öyrənilib. Vebinar müddətində Javarma Peşə Mərkəzinin rəhbəri Rein Oselin öz peşə məktəbinin yaranma tarixinə toxunaraq limitli resursla başlayıb müasir və keyfiyyətli peşə təhsili sistemində təhsil və tədrisin mümkünlüyünü qeyd edib və bu sistemin Azərbaycanda peşə təhsilində necə təşkil edilə biləcəyi haqqında vebinar iştirakçılarına tövsiyə verib.

 

Qeyd edək ki, “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsi 2017-ci ilin oktyabr ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Yerli İdarəetməyə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilir.