Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-16 15:14:00
Yerə ilin ən böyük asteroidi yaxınlaşacaq  

Martın 21-i saat 20:03-də Yer kürəsinə ən böyük “2001 FO32” asteroidi maksimal həddə yaxınlaşacaq.

AzEdu.az xəbər verir ki, bu barədə Amerikanın Milli Kosmik və Aviasiya Agentliyinin saytında bildirilib.

Məlumata görə, göy cismi Yerdən 2 milyon kilometr məsafədə uçacaq. O, 2021-ci ildə planetimizə yaxınlaşan ən böyük asteroid olacaq.

Göy cismi 2001-ci ilin martında kəşf edilib, Appolon qrupundandır. “2001 FO32” asteroidinin diametri 914 metrdir. Onun Yerə qeyri-adi 124 000 km/saat sürətlə yaxınlaşacağı bildirilib. Bu asteroid ulduzlar ətrafında bir dövriyyəsini 810 günə başa vurur.