Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-13 10:58:00
İkinci kurs tələbəsi Siyəzəndəki qəzada ölüb - Yenilənib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbəsi İsmayılova Şəbnəm Qabil qızı yol-nəqliyyat hadisəsinin qurbanı olub.

AzEdu.az xəbər verir ki, o, bu gün Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində avtomobil qəzasında faciəli şəkildə həyatını itirib.

Qeyd edək ki, Şəbnəm İsmayılova ikinci kurs tələbəsi olub. 

 

***

Şəbnəm İsmayılova Bakı-Quba avtomagistralının Siyəzən rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib. 

Belə ki, “Ford” markalı minik maşını yoldan çıxaraq qəzaya uğrayıb. Nəticədə, sürücü ilə birlikdə altı nəfər müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Yaralılar arasında ağır olanlardan biri - Qubanın Nügədi kənd sakini, 17 yaşlı Şəbnəm Qabil qızı İsmayılova kəllə-beyin travması alıb və komaya düşüb.

Komaya düşən Ş.İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb.

Qəzaya yağan qarın səbəb olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.(qafqazinfo)