Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-12 15:02:00
UNEC-də Elm Gününə həsr olunan silsilə tədbirlər təşkil ediləcək

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 27 mart - Elm Gününə həsr olunan silsilə tədbirlər keçiriləcək.

UNEC-dən AzEdu.az-a bildirilib ki, martın 15-dən 30-dək keçiriləcək “Elm günləri”ndə UNEC-in tədqiqat mərkəzləri və fakültələrinin xarici universitetlər, elmi tədqiqat institutları ilə birgə onlayn elmi seminarları, dəyirmi masaları, elmi müzakirələri təşkil olunacaq. Həmçinin UNEC Kitabxana-İnformasiya Mərkəzinin fondunda olan kitabların virtual sərgisi keçiriləcək.

“Elm günləri”ndə iştirak etmək istəyənlər UNEC-in saytında yer almış tədbirlər planında qeyd olunan tədbirlərin “Zoom” linkinə daxil olmalıdırlar.